Fransadakı Azərbaycan diasporu Parisdəki terror aktlarını pisləyən bəyanatla çıxış edib

Fransadakı Azərbaycan diasporu Parisdəki terror aktlarını pisləyən bəyanatla çıxış edib
# 16 noyabr 2015 08:37 (UTC +04:00)

Bakı – APA. Fransadakı Azərbaycan diasporu Parisdə baş vermiş terror aktlarını pisləyən bəyanatla çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Paris Azərbaycan Evinin bəyanatında bildirilir ki, Fransadakı Azərbaycan icması 2015-ci il noyabr ayının 13-də Paris sakinlərinə qarşı törədilmiş terror aktını pisləyir və bu hərəkəti insanlığa zidd addım kimi qiymətləndirir.


Hadisə nəticəsində həlak olanların ailəsinə başsağlığı verən və onların ağrı-acısını bölüşdüyünü bildirən bəyanat müəllifləri eyni zamanda insanların dini inanclarına hörmətlə yanaşmağa, tolerantlıq nümayiş etdirməyə və terrora, aqressiyaya qarşı mübarizədə birləşməyə çağırır. Bəyanatda Azərbaycan icması adından bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir.

Bəyanat Fransa parlamentinə, Yelisey Sarayına və yerli mətbuata göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR