Paşha Bank
Bank Of Baku

Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 14 iyun 2019 09:27 (UTC +04:00)

Göyçay rayonunda zəncirvari qəza olub, 4 avtomobil toqquşub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Lada Priora” markalı avtomobil “VAZ 2106”, “Nissan” markalı avtomobillərə, “Nissan” isə “Mercedes” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

“Lada”nın sürəti çox yüksək olduğundan o, qəzadan sonra yoldan çıxıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR