Nikolay Bordyuja: “Ümid edirəm ki, Azərbaycandan mülki təyyarənin vurulması əmri verilməyəcək” - EKSKLÜZİV

Nikolay Bordyuja: “Ümid edirəm ki, Azərbaycandan mülki təyyarənin vurulması əmri verilməyəcək” - <span style="color: red;">EKSKLÜZİV
# 01 fevral 2013 13:05 (UTC +04:00)

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja deyib.

“Niyə fikirləşirsiniz ki, Azərbaycan qanunsuz uçuş həyata keçirən təyyarələri vura bilməz” sualına cavabında N. Bordyuja bildirib: “Mən Azərbaycan prezidentini ziyalı, son dərəcə müdrik şəxs kimi tanıyıram. Şübhə ilə yanaşıram ki, belə bir dövlət başçısı olan ölkə mülki təyyarələri vursun. Bundan başqa şərh vermək istəmirəm”.

“Bu təyyarələrin uçuşu qanunsuzdur. Uçuş Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında həyata keçiriləcək. Rusiya belə bir halla qarşılaşsaydı, hansı addımı atardı” sualına isə KTMT baş katibi cavab verməkdən yayınıb. O, “Bu, iki ölkə arasında olan problemdir. KTMT-nin Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi bəllidir” sözləri ilə kifayətlənib.

“KTMT-ya bir neçə ölkə daxildir. Nəyə görə təşkilatın akademiyası məhz Ermənistanda yaradılır” sualına isə N. Bordyujanın cavabı belə olub: “KTMT-nin akademiyasının yaradılması təklifi ilə Ermənistan tərəfi çıxış edib. Təklifi Ermənistan irəli sürdüyünə görə, akademiyanın da orada yaradılması haqqında qərar qəbul olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR