Lahdar İbrahimi BMT TŞ qarşısında hesabat verəcək

Lahdar İbrahimi BMT TŞ qarşısında hesabat verəcək
# 13 aprel 2013 00:45 (UTC +04:00)

Bakı-APA. BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahimi gələn həftə Təhlükəsizlik Şurasına öz işi barədə məlumat verəcək. Bu barədə BMT rəsmi nümayəndəsinin müavini Eduardu del-Buey məlumat verib.

«İbrahimi aprelin 19-da Nyu-Yorkda olacaq və Təhlükəsizlik Şurasında brifinq keçirəcək», deyə del-Buey bildirib.

Daha öncə ərəb mediasında Lahdar İbrahiminin aprelin 18-də tutduğu vəzifədən istefa verəcəyi barədə məlumatlar gedib.

BMT TŞ qərargahında İbrahiminin istefası barədə heç bir məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR