Bakıda lisey və gimnaziyaların I sinfinə elektron qeydiyyat başa çatır

Bakıda lisey və gimnaziyaların I sinfinə elektron qeydiyyat başa çatır
# 15 aprel 2015 08:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakının lisey və gimnaziyaların I sinfinə elektron qeydiyyat başa çatır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı martın 5-dən başlayaraq aparılır. Proses sentyabrın 15-dək davam edəcək.

Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat isə martın 15-dən etibarən həyata keçirilir. Elektron qeydiyyat bu gün (15 aprel) 00:00-da başa çatacaq. Seçim üçün müsabiqələr (imtahanlar) aprel-may aylarında keçiriləcək. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR