Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 42 dəfə pozub

Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 42 dəfə pozub
# 11 mart 2015 07:05 (UTC +04:00)

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Sarıcalı, Kəngərli, Şuraabad, Baş Qərvənd, Mərzili, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR