Bahar Muradova: “Bu gün dünyada anti-turk, islamofobiya kimi meyllər, müstəqil dövlətlərə qısqanclıq müşahidə edilir”

Bahar Muradova: “Bu gün dünyada anti-turk, islamofobiya kimi meyllər, müstəqil dövlətlərə qısqanclıq müşahidə edilir”
# 07 may 2015 09:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfransda Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B. Muradova bildirib ki, Azərbaycan belə bir dünyada öz müstəqilliyini qorumaq, ayaq üstündə durmaq erasına qədəm qoyub: “Belə bir mühitdə məqsədinə çatmaq üçün yolunu düzgün seçməlisən. Bizim ərazimiz işğal olundu, milyonlarla insanlarımız qaçqın və məcburi köçkün düşdü. Bu gün də bizi təhdid edən təhlükələr var. Biz bu təhdidlərə qarşı çevik reaksiya verməliyik. Heydər Əliyev belə ziddiyyətli dünyada balanslaşdırılmış siyasət yeritməklə xalqımızın maraqlarını təmin etməyin mümkünlüyünü ortaya qoyub. Bu gün Azərbaycan modeli dünyada öyrənilməkdədir”.

B. Muradova qeyd edib ki, Azərbaycanın dünyanın bəzi dairələrinin yanlış yolla getdiyini, öz yolunun düzgün olduğunu sübut etməkdədir: “Azərbaycan müstəqilliyini əldə etmiş ölkələr arasında ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu, dünyada mili və dini baxımdan sivilizasiyalar arasında dialoqun vacibliyini Təhlükəsizlik Şurasına sədrliyi dövründə çatdırmağa çalışdı. Azərbaycan bununla da ortaya qoydu ki, beynəlxalq aləmin bərabərhüquqlu üzvüdür və beynəlxalq təşkilatları idarə etmək qabiliyyətindədir. Azərbaycan əhəmiyyətli bölgədə yerləşir və bu bölgənin bizə qazandırdığı üstünlüklərdən xalqlar və millətlərin birgə yaşaması, xalqımızın rifahı üçün istifadə edir”.

B. Muradovanın sözlərinə görə, Azərbaycanın qazandığı nailiyyətlərin əldə olunması bir neçə amillə bağlıdır: “Bunlardan birincisi Heydər Əliyev məfkurəsinə söykənən azərbaycançılıq ideyasıdır. Biz Azərbaycanı daha da yüksəkliklərə qaldıracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR