Abşeron sakini dərman zəhərlənməsindən ölüb

Abşeron sakini dərman zəhərlənməsindən ölüb
# 03 noyabr 2015 10:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeron sakini dərman zəhərlənməsindən ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 3-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində qeydə alınıb. Orada yaşayan Hədiyyə Hacıyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR