Azərbaycan prezidenti Latviya prezidentinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti Latviya prezidentinə təbrik məktubu göndərib
# 17 noyabr 2014 16:00 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Latviya Respublikasının prezidenti Andris Berzinşə təbrik məktubu göndərib.


APA-nın xəbərinə görə, dövlət başçısı Latviyanın Milli günü münasibətilə A.Berzinşi təbrik edib.

Məktubda qeyd olunur ki, Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur: “Ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri siyasi, iqtisadi, humanitar və digər sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açmışdır. İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR