Kənd təsərrüfatı torpaqlarından özbaşına istifadə edən vəzifəli şəxslərə həbs cəzası veriləcək

Kənd təsərrüfatı torpaqlarından özbaşına istifadə edən vəzifəli şəxslərə həbs cəzası veriləcək
# 30 sentyabr 2015 13:53 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında Cinayət Məcəlləsinə əlavə təklif edilən 314-2.1-1 maddəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, prezident tərəfindən təqdim olunan sənədə əsasən Azərbaycanda vəzifəli şəxslərə kənd təsərrüfatı təyinatlı torpaqlardan özbaşına torpaq sahələri ayıracaqları, həmin torpaqlarda tikinti aparacaqları və yaxud başqa işlər görəcəkləri təqdirdə xüsusi cəzalar tətbiq olunacaq.

Yeni maddəyə görə, qanunvericilikdə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud həmin torpaq sahələrində tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə həmin vəzifəli şəxsə 1 ilədək islah işləri və ya 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR