Lerikdə torpaq sürüşməsi baş verib - FOTO

Lerikdə torpaq sürüşməsi baş verib - <span style="color: red;">FOTO
# 03 dekabr 2014 11:46 (UTC +04:00)

Kənd sakini Vasif Kamal oğlu Rüstəmovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, ötən gün səhər saatlarında qeydə alınan sürümə zamanı torpaq qatı ona məxsus dördotaqlı fərdi yaşayış evinin arxa hissəsindəki 20 metrədək ərazini əhatə edib. Nəticədə ev qəzalı vəziyyətə düşüb, bir otaqda çatlar əmələ gəlib. Torpaq sahəsindəki çatlar isə 2 metr dərinliyindədir.

V.Rüstəmovun sözlərinə görə, mövcud vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov isə APA-nın cənub bürosuna bildirib ki, V.Rüstəmova məxsus yaşayış evini əhatə etmiş torpaq qatının təmizlənməsi məqsədilə kəndə ağır texnika göndərilib və problem tezliklə həllini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR