ABŞ-da güclü qar yağması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb - VİDEO

ABŞ-da güclü qar yağması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb - <span style="color: red;">VİDEO
# 19 noyabr 2014 23:42 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Nyu-York ştatında 6 nəfərin öldüyü bildirilirdi.

Yeni məlumatlara görə, Nyu-Hempşir və Miçiqan ştatlarında daha iki nəfər təbii fəlakətin qurbanı olub. Qeyri-sabit hava şəraiti səbəbindən Buffalo şəhərində təyyarə reyslərinin 40%-i təxirə salınıb. Bir çox yaşayış məntəqələrində nəqliyyatın hərəkəti çətinləşib.

Bununla belə, yağıntılı havanın davam edəcəyi qeyd edilir. Sinoptiklərin proqnozlarına əsasən, növbəti gün ərzində daha 90 sm qar yağa bilər. Bir sıra ərazilərdə isə qarın qalınlığının 1,8 metrə çatacağı ehtimal olunur. Yaranmış vəziyyətlə əlaqədar Nyu-York ştatının qubernatoru Endryu Kuomo fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR