İlin əvvəlindən Azərbaycanda qazlaşdırılan binaların sayı açıqlanıb

İlin əvvəlindən Azərbaycanda qazlaşdırılan binaların sayı açıqlanıb
# 08 dekabr 2014 08:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 196 çoxmərtəbəli bina qazlaşdırılıb.

Bunu “APA-Economics”ə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev bildirib.

Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim edən 196 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

O bildirib ki, təbii qazla təmin olunan bu binalarda ümumilikdə 13 863 ailə yaşayır: “Bu ilin yanvar-sentyabr aylarında bu rəqəm 130 bina təşkil edib. Hazırda ümumilikdə ölkədə təbii qaz abunəçilərinin sayə 1,7 mln.-a çatıb. Bu da ölkənin 90,4% qazlaşdırılması deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR