Bakıda 30 yaşlı qadın itkin düşüb

Bakıda 30 yaşlı qadın itkin düşüb
# 24 aprel 2015 11:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı sakini itkin düşüb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, Anar Rafiq oğlu Məmmədov polisə ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Günel Məzahir qızı Muradova aprelin 22-də Şıxəli Qurbanov küçəsi 6/10 ünvanında yerləşən 18 saylı məktəbə övladlarını aparıb və bir daha geri qayıtmayıb.

Hazırda polis itkin düşən şəxsin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR