SKMF Qusar sahibkarlarına 3,4 mln. manat güzəştli kredit verib

SKMF Qusar sahibkarlarına 3,4 mln. manat güzəştli kredit verib
# 16 oktyabr 2014 09:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Qusar rayonunun Samur qəsəbəsində keçirib.

SKMF-dan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.

Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 742 investisiya layihəsinin maliyyələşdirilməsinə 130,3 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 9800-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Qusar və ətraf rayonlardan olan 50 sahibkara 3,4 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, taxılçılıq, logistik mərkəzdə çeşidləmə və qablaşdırma sahəsinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 130-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Ümumilikdə, bu il ərzində respublika üzrə 4378 sahibkara 242 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9 700-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR