“Nabat” bədii filmi İstanbul Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək

“Nabat” bədii filmi İstanbul Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək
# 02 aprel 2015 14:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Nabat” tammetrajlı bədii filmi aprelin 4-dən 19-dək keçiriləcək 34-cü İstanbul Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm”də lentə alınan ekran əsərinin rejissoru Elçin Musaoğludur.

“Nabat” “Yeni bir baxış” proqramında müxtəlif ölkələrin istehsalı olan 15 filmlə birgə yer alıb.

Kinostudiyadan bildiriblər ki, festivalın bəyannaməsinə görə, bu proqramda ilk və ya ikinci filmi ilə dünya kinosuna fərqli bir üsul gətirən gənc rejissorların beynəlxalq film festivallarında rəğbət qazanan gələcək klassik əsərləri nümayiş olunur.

Qeyd edək ki, Türkiyədə ilk dəfə nümayiş olunacaq ekran əsərinin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR