Xaçmazda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Xaçmazda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 06 iyun 2015 12:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xaçmaz rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF iyunun 4-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində işgüzar forum keçirib.

Sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in və çörək istehsalı, bağçılıq təsərrüfatlarının, pendir istehsalı və ət kəsimi müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR