Bakıda «Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf istiqamətləri» mövzusunda dəyirmi masa keçirilib

Bakıda «Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf istiqamətləri» mövzusunda dəyirmi masa keçirilib
# 01 oktyabr 2012 14:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqatlar İnstitutu (İİETİ) ilə Türkiyə Baş Bakanlığının Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən «Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi» layihəsi üzrə yekun nəticələrin müzakirəsi məqsədilə «Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf istiqamətləri» mövzusunda dəyirmi masa keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumları və özəl bölmənin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri ilə yanaşı, Türkiyə tərəfdən TİKA-nın baş mütəxəssisi Sibel Güneği, Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyindən Gülay Beşirli, Ege Universitetindən professorlar Uygun Aksoy və Ahmet Altındişli iştirak ediblər.

Tədbirdə çıxış edən İqtisadi İslahatlar Elmi-Tədqiqatlar İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində həyata keçirilən layihənin nəticələri və TİKA ilə əməkdaşlığın gələcək istiqamətləri barədə məlumat verib.

Öz növbəsində S.Güneği TİKA və İİETİ arasında səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib və gələcəkdə qurumlararası əlaqələrin daha da genişləndiriləcəyini vurğulayıb.

Layihənin İİETİ tərəfindən koordinatoru Həzi Eynalov layihə barədə geniş məlumat verib, ekoloji təmiz kənd təsərrüfatının inkişaf perspektivlərini diqqətə çatdırıb. Tədbirdə türkiyəli mütəxəssislərin ekoloji təmiz kənd təsərrüfatının inkişafı barədə çıxışları dinlənilib və müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR