Azərbaycanda informatika üzrə keçirilən Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib
30 aprel 2012 10:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası»nın final mərhələsi keçirilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 7-ci dəfə keçirilən Olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib. Nəticələrə görə, finala 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb.
İTİ-də təşkil olunmuş final mərhələsində Qafqaz Universitetinin «Qafqaz Programmers» komandası 1-ci yerə, Bakı Dövlət Universitetinin «Norbert» komandası 2-ci yerə, Qafqaz Universitetinin «Baku Qafqaz U4» və «Baku Qafqaz U7» komandaları isə müvafiq olaraq 3-cü və 4-cü yerə layiq görülüb.
Qaliblər 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə Olimpiadanın sponsorlarının təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

İnfrastruktur
Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
17:57
13 may 2024
Rəşad Nəbiyev: Azərbaycanın nəqliyyat gəlirləri 4,2 mlrd. manata yaxınlaşıb
15:35
13 may 2024
“Samur” - “Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşəcək
13:55
13 may 2024
Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə başlanılıb - FOTO
10:40
13 may 2024