Banqladeşdə 300 tikiş fabrikinin işçiləri tətil elan edib

Banqladeşdə 300 tikiş fabrikinin işçiləri tətil elan edib
# 16 iyun 2012 19:55 (UTC +04:00)
Bakı-APA. Banqladeşdə 300 tikiş fabrikinin işçiləri maaşların artırılması tələbi ilə müddətsiz tətil elan edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, tətil barədə qərar yerli geyim istehsalı assosiasiyasının rəhbərliyinin işçilərlə nəticəsiz danışıqlarından sonra qəbul olunub. Banqladeşin iri sənaye zonası olan Aşuliya rayonunda tikiş fabrikləri tətil səbəbindən bağlanacaq.
İki il bundan qabaq tikiş fabrikinin işçiləri maaşların artırılması tələbi ilə tətil keçiriblər. Yerli həmkarlar ittifaqı bildirib ki, maaşların artırılması inflyasiya tempindən geri qalır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR