Kolumbiyada prezident administrasiyasının yaxınlığında partlayışlar baş verib

Kolumbiyada prezident administrasiyasının yaxınlığında partlayışlar baş verib
# 09 mart 2012 23:41 (UTC +04:00)
Bakı-APA. Kolumbiyanın paytaxtı Boqotada prezident administrasiyası binasının yaxınlığında iki partlayış baş verib. Nəticədə ölən və yaralanan yoxdur. Bu barədə Kolumbiya prezidentinin təhlükəsizlik xidmətindən məlumat verilib.

«Cinayətkar hansısa yolla partlayıcı qurğunu binaya çatmamış yerləşən nəzarət məntəqələrindən keçirə bilib. Hazırda o saxlanılıb və paytaxt polisinə təhvil verilib», deyə təhlükəsizlik xidmətindən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR