Bu gün səhər saatlarından etibarən Zaqatala ərazisində 80-ə qədər yeraltı təkan qeydə alınıb

Bu gün səhər saatlarından etibarən Zaqatala ərazisində 80-ə qədər yeraltı təkan qeydə alınıb
# 07 may 2012 12:52 (UTC +04:00)
Onlardan 4-ü hiss olunub”. Bu barədə APA-ya Azərbaycan milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya və geodinamika şəbəsinin nmüdiri Tahir Məmmədli bildirib. Onun sözlərinə görə, hazırda avtoşoklar davam edir və proses zəifləməyə doğru gedir.

T. Məmmədli deyib ki, Böyük Qafqazın cənub yamacları, o cümlədən Zaqatala bölgəsi seysmik cəhətdən aktiv bölgədir: “Burada aktiv olan iri dərinlik qırılmaları mövcuddur. Ərazidə daim zəif sesymik təkanlar qeydə alınır. Qutenberq-Rixter qanunauyğunluğuna görə, zəlzələnin gücü artdıqca onun baş vermə intervalı da artır. Odur ki, belə zəlzələnin baş verməsi ehtimal olunan idi. Çünki güclü zəlzələnin baş verməsini ehtimal edən ocaq zonalarından biri burada yerləşir. Sonunci dəfə bu ərazidə güclü zəlzələ 1936-cı ildə 7 bal gücündə qeydə alınıb”.

Qeyd edək ki, artıq Respublika Seysmologi Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də zəlzələ bölgəsinə gedib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR