Bakı. Şamil Əlibəyli – APA-Economics. Ukrayna Antiinhisar Komitəsi «SOCAR Energy Ukraine» şirkətində nəzarət səhm zərfinin Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən alınmasına rəsmən icazə verib. «APA-Economics»in UNN informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Antiinhisar Komitəsi bununla bağlı məlumat yayıb.
Qeyd edək ki, ARDNŞ-in Ukraynadakı təmsilçiliyi 2008-ci ildə işə başlayıb. Bir il sonra şirkət Ukraynada yanacaqdoldurma stansiyaları şəbəkəsini yaratmağa qərar verib. Şirkət 2013-cü ildə Ukraynada daha 40 yanacaqdoldurma stansiyası tikmək niyyətindədir ki, bunun da 8-i Kiyevdə yerləşəcək.