Prokuror dələduzluqda təqsirləndirilən sabiq deputatlığa namizədə cəza istəyib

Prokuror dələduzluqda təqsirləndirilən sabiq deputatlığa namizədə cəza istəyib
# 14 may 2012 14:38 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq deputatlığa namizəd Əlibala Eldar oğlu Ağayev və onun tanışı Həsrət Kazımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin hər birinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 17-də davam etdiriləcək.

Qeyd edək ki, Ə. Ağayev və H. Kazımov özlərini vəzifəli şəxs kimi təqdim edərək, vətəndaşların pullarını mənimsəyib. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunurlar.

Onu da qeyd edək ki, Ə. Ağayev 2010-cu ildə keçirilən parlament seçkilərində “Qarabağ” Blokundan deputatlığa namizəd olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR