Azərbaycana cəlb edilən xarici kapitalın həcmi 44% artıb

Azərbaycana cəlb edilən xarici kapitalın həcmi 44% artıb
# 14 iyun 2012 13:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2012-ci ilin I rübün yekunları üzrə tədiyyə balansında əks olunmuş xaricdən cəlb olunan kapitalın ümumi məbləği 2,456 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 44,1% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyalar və xarici kreditlər hesabına formalaşıb:

(mln. dollar)

Cəlb olunan xarici kapitalın strukturu

2011-ci il, I rüb

2012-ci il, I rüb

Birbaşa investisiyalar

819,9

1 161,0

- neft-qaz sektoru

696,2

967,5

- digər sektorlar

123,7

193,5

Kreditlər və digər investisiyalar

884,9

1 293,0

- dövlət təminatlı kreditlər

447,3

267,5

- dövlət təminatlı olmayan kreditlər

298,3

268,1

-- neft-qaz sektoru

1,1

-

-- banklar

141,7

225,8

-- digərləri

155,5

42,3

- digər investisiyalar

139,3

757,4

Neft bonusu

-

2,0

CƏMİ

1 704,8

2 456,0



Mərkəzi Bankın tədiyyə balansına dair şərhində deyilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi həcmi 1,2 mlrd. dollar olub, bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 83,3% təşkil edib.

Kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayələrin həcmi illik müqayisədə 46,1% artıb, onların xarici kapitalın strukturunda xüsusi çəkisi isə 0,8 faiz bəndi artaraq 52,7% təşkil edib. Cədvəldən göründüyü kimi, artım əsasən banklar tərəfindən cəlb edilmiş kreditlər və digər investisiya hesabına formalaşıb ki, burada artım müvafiq olaraq 59,4% və 5,4 dəfə olub.

Tədiyyə balansına əsasən, əvvəlki dövrlərdə cəlb olunmuş kreditlər üzrə 511,4 mln. dollar miqdarında vəsait geri qaytarılıb. Qaytarılmış kreditlərin 46,5%-i (237,8 mln. dollar) bank sisteminin, 10,5%-i (53,9 mln. dollar) dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlərin, 37,4%-i (191,0 mln. dollar) neft-qaz sektorunun, 5,6%-i (28,7 mln. dollar) isə digər müəssisələr və firmaların payına düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR