Balakən sakini donvurmadan ölüb

Balakən sakini donvurmadan ölüb
# 07 mart 2012 06:39 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, rayonun Qabaqçöl qəsəbəsi, Xalatala kəndində küçədə tapılan meyit donmuş vəziyyətdə olub.

Araşdırma zamanı məlum olub ki, tapılmış şəxs Xalatala kənd sakini, 1968-ci il təvəllüdlü Dibirov İsmayıl Həybullah oğludur. İ. Dibirovun tüfeyli həyat sürdüyü deyilir. O, içkili vəziyyətdə yaşadığı evə qayıdarkən yolda yıxılıb. Şaxtalı havada sərxoş halda küçədə qalan İsmayıl Dibirov donvurmadan ölüb. Onun üzərində içki şüşəsi də aşkarlanıb.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR