Azərbaycan prezidenti İrlandiya prezidentinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti İrlandiya prezidentinə təbrik məktubu göndərib
# 16 mart 2012 16:20 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Müqəddəs Patrik günü münasibətilə İrlandiya prezidenti Maykl Higginsə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda bildirilir:
“Hörmətli cənab Prezident, İrlandiyanın milli bayramı – Müqəddəs Patrik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-İrlandiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İrlandiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR