Azərbaycan kəndləri optik şəbəkə ilə 2013-cü ilin ilk yarısınadək tam əhatə olunacaq

Azərbaycan kəndləri optik şəbəkə ilə 2013-cü ilin ilk yarısınadək tam əhatə olunacaq
# 15 fevral 2012 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın bütün kəndlərin 2013-cü ilin ilk yarısınadək optik şəbəkə ilə tam əhatə olunacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, hazırda ölkənin ən ucqar yaşayış məntəqələrində telefon rabitəsi imkanlığı yaradılıb, ölkənin telefon şəbəkəsi tam elektronlaşdırılıb və 1 200 kənd ATS-dən 720-də optik bağlantı və ADSL xidməti göstərilməsi təmin edilib.

«Görülmüş işlərin nəticəsidir ki, son 5 il ərzində kənd ATS-lərinin elektronlaşma faizi 71%-dən 100%-ə, hər 100 nəfərə düşən sabit şəbəkə abunəçilərinin sayı kəndlərdə 5,9-dan 7,1-ə yüksəlib. Bu bir dövlət, iki özəl şirkət tərəfindən Azərbaycan ərazisi optik kabel vasitəsi ilə informasiya şəbəkələri ilə təmin olunur. Artıq bütün rayon mərkəzləri və 30% kəndlər optik şəbəkəyə qoşulub. Bütün kəndlərin optik şəbəkə ilə tam əhatə olunması isə 2013-cü ilin birinci yarsına planlaşdırılıb», - deyə nazirlikdən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR