Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsindən oğurluq edən şəxslər tutulub

Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsindən oğurluq edən şəxslər tutulub
# 13 oktyabr 2012 18:52 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda dövlət idarəsindən oğurluq edən şəxslər tutulub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə naməlum şəxslər oktyabrın 9-da gecə saatlarında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin pəncərəsinin şüşəsini sındıraraq müdirin otağındakı dəmir seyfi oğurlayıb. Faktla bağlı həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxslər-Bakının Sabunçu rayonunda yaşayan 1978-ci il təvəllüdlü Ələsov Fərzəli Əfsər oğlu və Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan 1981-ci təvəllüdlü Şahmarov Əlişah Fəzail oğlu oktyabrın 13-də Bakı şəhərində tutularaq Şamaxı rayonuna gətiriliblər.
Dəmir seyfdə pul olduğunu zənn edərək onu oğurlayan şəxslər sonradan oradan idarəyə məxsus sənədlər, pensiya kartı, qol saatı və digər əşyalar aşkar etdiklərini bildiriblər. Hər iki şəxs barəsində Şamaxı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR