Bakıda mənzildə meyit tapılıb
03 sentyabr 2012 10:33 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda yaşayış binasındakı mənzildə meyit tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istindən verdiyi məlumata görə, Bakının Xətai rayonunda 1959-cu il təvəllüdlü İlham Xanməmməd oğlu Əliyevin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə nazirliyin qaynar xəttinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək daxil olub. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinin apardığı müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən edilib.
Hadisə
Zaqatalada avtomobil ağaca çırpılıb, ata və azyaşlı qızı xəsarət alıb - YENİLƏNİB
21:11
18 may 2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
20:07
18 may 2024
Quba-Xaçmaz yolunu sel basıb - FOTO
19:27
18 may 2024
MN-dəki 143 milyonluq cinayət işində adıkeçən idarə rəisi vəzifəsindən azad edilib
19:08
18 may 2024