Qənirə Paşayeva Bosniya və Herseqovinanın prezidenti ilə görüşüb

Qənirə Paşayeva Bosniya və Herseqovinanın prezidenti ilə görüşüb
# 11 iyul 2012 07:52 (UTC +04:00)
Bakı – APA. Bosniya və Herseqovinada səfərdə olan millət vəkili Qənirə Paşayeva bu ölkənin prezidenti Bakir İzetbeqoviç ilə görüşüb. APA-nın xəbərinə görə, Azərbaycanı sevdiyini deyən B. İzetbeqoviç iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük potensialın olduğunu vurğulayıb. Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini deyən prezident, oktyabr ayında dost Azərbaycana rəsmi səfər edəcəyini söyləyib. O bildirib ki, bu səfərdən və Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdən sonra iki ölkə arasında əməkdaşlığın daha da sürətlə inkişaf edəcəyinə inanır: “Bizim aramızda heç bir problem yoxdur və iki dost ölkə arasında əməkdaşlığın bundan sonra daha da sürətlənməsi üçün daha çox işlər görüləcək”.

Qeyd edək ki, Q. Paşayeva bu gün Srebrenitsa soyqırımı qurbanlarının anım tədbirlərində iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR