İran XİN Məhəmməd Bağır Bəhraminin Bakıya qayıtmasına münasibət bildirib

İran XİN Məhəmməd Bağır Bəhraminin Bakıya qayıtmasına münasibət bildirib
# 26 iyun 2012 23:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Xarici İşlər Nazirliyi bu ölkənin Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhraminin Bakıya dönərək vəzifəsinin icrasını davam etdirməsinə münasibət bildirib. APA-nın İRİB-ə istinadən məlumatına görə, İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəst yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik mətbuat konfransında deyib ki, Azərbaycan Respublikasında dini müqəddəslərə və təqlid mərcələrinə hörmətsizlikdən sonra İranın Bakıdakı səfiri Tehrana geri çağırılıb: “İran səfirinin Tehranda olduğu zaman ərzində Azərbaycan Respublikası rəsmiləri açıqlamalar verib. Onlar bu açıqlamalarda bildiriblər ki, Azərbaycan hökumətinin islam müqəddəslərinə hörmətsizlik edənlərlə əlaqəsi yoxdur və onlarla kəskin şəkildə müxalifdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR