Qusar rayonunda sahibkarlara güzəştli kreditlər verilib

Qusar rayonunda sahibkarlara güzəştli kreditlər verilib
# 12 oktyabr 2012 15:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Qusar rayonunun Balaqusar kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Qusar rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir heyvandarlıq kompleksinin, çörək zavodunun, süd emalı müəssisəsinin, üzümçülük, bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdirinin müavini Elçin İbrahimov və Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov çıxışlarında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlığın inkişafı istiqamətində görülmüş və görüləcək işlər barədə məlumat veriblər.

Öz növbəsində SKMF-ın icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə 2 050-dən çox sahibkara 181,8 mln. manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 7 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur: «Quba-Xaçmaz iqtisadi rayonunda indiyədək 1 156 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 100 mln.
manatadək, o cümlədən son illər yeni texnologiyaların tətbiqinə əsaslan 31 layihənin maliyyələşdirilməsinə 57,8 mln. manatadək güzəştli kredit verilib. Bu müəssisələrdən 21-i istifadəyə verilib, 10 müəssisənin isə bu il istifadəyə verilməsi nəzərdə tutulur».

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qusar və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkarlıq subyektinə 8 mln. manatadək güzəştli kredit verilib ki, bu kreditlər hesabına 600-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR