Azərbaycan əhalisinin bank əmanətləri son bir ildə 25% artıb

Azərbaycan əhalisinin bank əmanətləri son bir ildə 25% artıb
# 20 sentyabr 2012 13:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il avqust ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin ümumi həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,6% artaraq 4 415,2 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 2 484,6 mln. manatı və ya 56,3%-i milli, 1 930,6 mln. manatı xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 42,4% və 7,4% artıb.

Əmanətlərin 75,1%-i özəl banklarda yerləşdirilib.

Qeyd edək ki, 2012-ci ilin avqust ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,79 manat, 100 Rusiya rubluna 2,46 manat, 1 avroya 0,97 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,79 manat, 2,54 manat və 1,01 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR