Beynəlxalq Dağçılıq Federasiyanın sabiq prezidenti Azərbaycanda səfərdədir - FOTO

Beynəlxalq Dağçılıq Federasiyanın sabiq prezidenti Azərbaycanda səfərdədir - <font color=red>FOTO</font>
# 11 may 2012 11:37 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərliyinin dəvəti ilə Beynəlxalq Dağçılıq Federasiyanın (UİAA) sabiq prezidenti Mayk Mortimer Bakıda səfərdədir. Federasiyadan APA-ya verilən məlumata görə, səfər proqramı çərçivəsində M.Mortimerin bir sıra rəsmi qurumların məsul şəxsləri ilə görüşlər keçirəcəyi, həmçinin yeni inşa olunmuş “ClimBaku” idman dırmanma mərkəzinin açılışında iştirak edəcəyi gözlənilir. Eyni zamanda, qonaq, bu gün FAİREX-in ofisində federasiyanın aktiv idmançıları ilə görüşəcək.
Səfər mayın 15-dək davam edəcək.
Qeyd edək ki, M.Mortimer səfər zamanı Azərbaycanın, o cümlədən Bakının bir sıra görməli yerlərində olub.
Xatırladaq ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2010-cu ilin əvvəlindən Beynəlxalq Dağçılıq Federasiyasının aktiv üzvüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR