Azərbaycanda manat kütləsinin nağdlaşdırılması səviyyəsi azalıb

Azərbaycanda manat kütləsinin nağdlaşdırılması səviyyəsi azalıb
# 28 iyun 2012 13:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2012-ci ilin mayın 1-nə 14 346,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 585,6 mln. manat və ya 33,3% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-aprel aylarında geniş mənada pul kütləsi 443,0 mln. manat və ya 3,2% artıb.

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 3 026,0 mln. manat və ya 37,0% artaraq 11 202,4 mln. manata çatıb:

(mln. AZN)

Pul aqreqatları

01.05.2011

01.01.2012

01.05.2012

M0 (nağd pullar)

5 457,8

7 158,2

7 312,8

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

6 660,4

8 824,8

8 972,4

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

8 176,4

10 997,2

11 202,4

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

10 760,6

13 903,2

14 346,2



Göründüyü kimi, bu ilin mayın 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisi 65,3% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,5 faiz bəndi azdır. Beləliklə, ölkədə nağdlaşdırma səviyyəsi azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR