Rusiyada axtarışda olan şəxslər Azərbaycanda tutulub

Rusiyada axtarışda olan şəxslər Azərbaycanda tutulub
# 30 avqust 2012 12:45 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Rusiyada axtarışda olan şəxslər Azərbaycanda tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən verdiyi məlumata görə, Çevik Polis Alayı və Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin (CM) 164-cü maddəsi (quldurluq) ilə axtarışda olan Faiq Rüstəmov tutulub.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Rusiya Federasiyası CM-nin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Ruslan Quliyev tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR