Bakıda yaşayış evi yanıb, ölən var

Bakıda yaşayış evi yanıb, ölən var
# 23 fevral 2012 07:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evi yanıb. Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə rayonun Sabunçu qəsəbəsi, M. Qasımov küçəsi, ev-11-də qeydə alınıb. Həmin ünvanda baş verən yanğın nəticəsində ev sahibi, 58 yaşlı İlyas Məmmədəliyev yanaraq ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını ala biliblər. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR