Baş vermiş zəlzələ ilə əlaqədar Zaqatala rayonunun bütün orta məktəblərin məzunları buraxılış imtahanlarından azad edilib

Baş vermiş zəlzələ ilə əlaqədar Zaqatala rayonunun bütün orta məktəblərin məzunları buraxılış imtahanlarından azad edilib
# 25 may 2012 10:03 (UTC +04:00)
APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar Qax və Balakən rayonlarında buraxılış imtahanından azad ediləcək orta məktəblərin siyahısı dəqiqliklə mayın 30-dək elan ediləcək. İmtahandan azad ediləcək məktəblərin siyahısı TQDK-nın saytında yerləşdiriləcək.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən aprelin 19-dək buraxılış imtahanlarından azad olunanların siyahısını təqdim ediləcək. Bu proses mayın 25-dən 30-dək aparılacaq: “Bəzi şagirdlər xəstəliklə əlaqədar imtahanda iştirak etmirlər. Bununla yanaşı, təlimi gürcü dilində orta məktəblər, Naxçıvan Muxtar Respublikasındakı bütün orta məktəblər bu proseslərdə iştirak etmirdilər. Onların dəqiq siyahısı və imtahanda fərdi olaraq kimlərin iştirak etməyəcəyi barədə məlumatlar bizə daxil olmalıdır. Eyni zamanda aprelin 19-dan sonra baş verən təbii fəlakətlə əlaqədar ilkin araşdırmaların nəticələri belədir ki, Zaqatala rayonunun bütün orta məktəblərində yekun qiymətlərin illik qiymətlər əsasında yazılmasına icazə veririk. Qax və Balakəndə isə təkcə məktəblər deyil, insanların evləri də qəzalı vəziyyətə düşüb. Bununla bağlı dəqiqləşdirmələr indiyədək aparılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR