Bundestaqın deputatları: “Xocalı qətliamını ağır müharibə cinayəti olaraq qiymətləndirmək lazımdır”

Bundestaqın deputatları: “Xocalı qətliamını ağır müharibə cinayəti olaraq qiymətləndirmək lazımdır”
# 26 fevral 2012 20:08 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlar “Xocalı qətliamını ağır müharibə cinayəti olaraq qiymətləndirmək lazımdır”, - deyə bildiriblər.

Deputatlar qeyd ediblər ki, “Human Rights Watch” və Rusiyanın insan hüquqları mərkəzi olan “Memorial” təşkilatları bunu Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi uğrunda o vaxtkı müharibədə ən böyük qətliam adlandırıb. Arasında xeyli sayda müharibə qaçqını, xəstə, qoca, qadın və uşağın da yer aldığı 600-dən artıq azərbaycanlı müsəlman mülki əhali erməni silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilib.

“Xocalı qətliamı Ermənistan və Azərbaycan arasında uzun sürən münaqişələr tarixində kədərli və qəddar bir pik nöqtəsini təşkil edir. Qətliamın qurbanları, onların ailə üzvləri və varislərinin ağrısını bölüşürəm. Dinc mülki əhalinin kütləvi öldürülməsinə heç bir bəraət ola bilməz. Ermənistan müharibə zamanı humanitar müharibə hüququnu kobud şəkildə pozub, bununla da, ağır müharibə cinayəti törədib. Bu qətliam inkar edilə və ya başqa cür qiymətləndirilə bilməz. Bu bir tarixi faktdır. Yalnız günahın qəbul edilməsi ilə yaralar sağaldıla və barışığa nail oluna bilər”, - deyə Katrin Verner bildirib.

Annette Qrotun Xocalı qətliamına münasibətin isə belə olub: “Cinayəti təkcə adı ilə adlandırmaq kifayət etmir. Bundan nəticələr çıxarmaq lazımdır ki, belə hadisələr bir daha baş verməsin. Qurbanlar müdafiə olunmalı, cinayətkarlar cəzalandırılmalıdırlar. O zamankı milis dəstələrinin hələ də cəzasızlıq şəraitində ictimaiyyət arasında Xocalıda xeyli sayda azərbaycanlı müsəlmanları qətlə yetirməklə fəxr etməsi insanı alçaldan həyasızlıqdır. Almaniya Cinayət Məcəlləsinin 189-cu maddəsində kütləvi cinayət qurbanlarının xatirəsinə hörmətsizliyin qadağan olunması yaxşı haldır. Cinayətin inkar edilməsi özü cinayətin bir hissəsidir və cəzasız qala bilməz”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR