Qara Qarayevin kino materialları Rusiya Kino Arxivindən Film Fonduna təqdim edilib

Qara Qarayevin kino materialları Rusiya Kino Arxivindən Film Fonduna təqdim edilib
# 23 avqust 2012 13:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiya Kino Arxivindən Dövlət Film Fonduna Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin unikal kino materialları daxil olub. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu unikal materiallar Azərbaycan dilinə tərcümə olunduqdan sonra Azərbaycan Dövlət Televiziyasında nümayiş olunacaq.

Bununla yanaşı, Azərbaycanın “Yeddi gözəl” film baleti də bərpa olunub. Filmin rejissoru Feliks Slidovker, baş baletmeystrləri Rəfiqə Axundova və Maqsud Məmmədovdur. Baletin film versiyası 1982-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında hazırlanıb. Bərpa olunan filmlər arasında “Leyli və Məcnun” filmi də var. Filmdə Nodar Şaşıqoğlu, Nəcibə Məlikova kimi aktyorlar rol alıb. Hazırda fondun təşəbbüsü ilə “Yaramaz”, “Arşın mal alan”, “Nəğmə müəllimi”, “Mən mahnı qoşuram” kimi filmlər bərpaya hazırlanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR