Astara rayonunda yol qəzasında iki nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb

Astara rayonunda yol qəzasında iki nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb
# 10 iyul 2012 08:17 (UTC +04:00)
Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin rəis əvəzi İlqar Rəhimzadənin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə iyulun 10-da saat 08.30 radələrində Ələt-Astara magistralının 224-cü kilometrliyində - rayonun Maşxan kəndindən keçən hissəsində qeydə alınıb. Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan “Volkswagen” markalı avtomobillə “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər hadisə yerindəcə dünyasını dəyişib, daha dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran və Astara rayonlarının xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı Astara RPŞ-də araşdırmalara başlanıb, qəzada ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR