Sumqayıtda keyfiyyətsiz limonadlar aşkarlanıb

Sumqayıtda keyfiyyətsiz limonadlar aşkarlanıb
# 24 iyul 2012 15:24 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 176 A ünvanında Mirağa Mehdiyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı düşes limonadlarının reseptura olmadan istehsal edildiyi, həmin məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, habelə istehsal edilən məhsulların laborator müayinədən keçirilmədən satıldığı aşkarlanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal olunan düşes limonadlarının tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koli-indeksin) normadan çox olduğu aşkar edilib.

İstehlaka yararsız 166 litr düşes limonadlarının qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Mirağa Mehdiyevə icrası məcburi göstəriş verilib. Artıq həmin mallar Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR