Azərbaycan Beynəlxalq Bankı ilk dəfə olaraq beynəlxalq kart köçürmələri sistemini tətbiq edib

Azərbaycan Beynəlxalq Bankı ilk dəfə olaraq beynəlxalq kart köçürmələri sistemini tətbiq edib
# 06 iyun 2012 09:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı ölkədə ilk dəfə olaraq “VISA” kartlarının sahiblərinə ölkə daxilində və MDB ölkələrində olan “VISA” kartlara pulköçürmələr etmək imkanı təqdim edir.

Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, beləliklə Bankın filiallarına müraciət etmədən, Bankın bankomatları vasitəsilə ABB-nin kartından ölkənin digər banklarının və MDB ölkələrinin banklarının kartlarına pul köçürmək mümkün olacaq.

“VISA Personal Payment” adlanan bu sistem üzrə ölkə daxilində komisyon haqları 0,25%-dən 0,75%-dək, MDB ölkələri üzrə isə 1%-dən, 1,5%-dək dəyişəcək. Gündəlik köçürmə limiti birinci halda 2 min manat, ikinci halda 1 min dollara bərabər olacaq.

Növbəti mərhələdə həmin sistemin dünyanın digər ölkələrinə də şamil edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 1992-ci ildə təsis edilən ABB-nin səhmlərinin 50,2%-i Azərbaycan hökumətinə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR