«Əl-Qaidə» Mali və Əlcəzairdə girov götürdüyü şəxslərə görə 45 milyon avro istəyib

«Əl-Qaidə» Mali və Əlcəzairdə girov götürdüyü şəxslərə görə 45 milyon avro istəyib
# 03 may 2012 04:47 (UTC +04:00)
Bakı-APA. «Əl-Qaidə» terror təşkilatı Mali və Əlcəzairdə girov götürdüyü 9 şəxsə görə 45 milyon avro istəyib. Söhbət 2 avropalı humanitar təşkilat nümayəndəsindən və 7 əlcəzairli diplomatdan gedir. «Əl-Qaidə»nin filialı olan «Qərbi Afrikada birlik və cihad uğrunda hərəkat»ın nümayəndəsi Adnan əbu Valid Səhrayi girovların yalnız pul müqabilində azad ediləcəklərini bildirib.

Beynəlxalq humanitar təşkilatın nümayəndələri olan italyan və ispan qadınlar ötən ilin oktyabrında Əlcəzairdəki Qərbi Səhralı qaçqınlar üçün düşərgədən oğurlanıblar. Əlcəzairli diplomatlar isə aprelin 5-də Malinin şimalındakı Qao əyalətində girov götürülüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR