Mirmahmud Mirəlioğlunun gənc qızı dünyasını dəyişib

Mirmahmud Mirəlioğlunun gənc qızı dünyasını dəyişib
# 12 iyun 2012 05:55 (UTC +04:00)
Bu barədə APA-ya partiyanın təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu məlumat verib.

Onun sözlərinə görə, ötən gecə partiya sədrinin qızı, 28 yaşlı Mahirə Fəttayevanın qəflətən ürəyi tutub. Onu həkimə yetişdirmək mümkün olmayıb, evdə dünyasını dəyişib.

M. Fəttayeva 4 il öncə ailə həyatı qurub, 3 yaşlı Məhəmmədəmin adlı bir oğlu var.

M. Fəttayevanın dəfn mərasimi bu gün saat 12-də Saray qəsəbəsində keçiriləcək.

Qeyd edək ki, M. Mirəlioğlunun bundan əvvəl gənc və yeniyetmə yaşında iki oğlu da dünyasını dəyişib. Onun oğlunun biri 1991-ci ildə yol qəzasında, digəri isə 2009-cu ildə ürək tutmasından vəfat edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR