CASCFEN rəhbərləri “APA-Holding”də olub - FOTO

CASCFEN rəhbərləri “APA-Holding”də olub - <font color=red>FOTO</font>
# 18 oktyabr 2012 08:07 (UTC +04:00)
CASCFEN-dən APA-ya daxil olan məlumatda bildirilir ki, görüşdə Azərbaycan mediasının, özəlliklə də etik jurnalistika çərçivəsində fəaliyyəti, tərəfsiz və savadlı xəbərçilik məsələləri müzakirə edilib.

CASCFEN sədri Azər Həsrət bildirib ki, ölkənin aparıcı media qurumlarından biri kimi APA qrupuna daxil olan KİV vahidlərində etik və savadlı, daha çox ziyalı kəsimə xitab edən xəbər və araşdırmaların yayımlanması oxucu rəğbəti qazanmaqdadır: “Təsadüfi deyil ki, APA qrupuna daxil olan media qurumları istər ölkə içində, istərsə də ondan kənarda güvənilə biləcək xəbər qaynaqları kimi tanınır və dünyanın aparıcı KİV-i sizin məhsullarınızdan getdikcə daha çox istifadə edir. Bu onun göstəricisidir ki, APA qrupu fikir plüralizminə, tarazlaşdırılmış mövqeyə geniş meydan verir və ucuz sensasiya yaratmaq iddiasından uzaqdır. Əslində, bizim təşkilat da belə bir jurnalistikanın ayaq tutmasını hədəfləməkdədir”.

APA qrupunun rəhbəri Vüsalə Mahirqızı da öz növbəsində bildirib ki, başçılıq etdiyi media qurumları hər zaman intellektual imkanları yüksək olan oxuculara xitab etməklə bərabər ucuz sensasiya və cəmiyyətdə çaşqınlıq yarada biləcək əsassız dedi-qodulardan yayınmağa çalışır: “Bizim əsas məqsədimiz odur ki, istər ölkə içində, istərsə də ölkə xaricindəki xəbər istehlakçılarımızın etibarını doğrulda bilək. Bunun üçünsə mütləq doğru, tərəfsiz, intellekt yükü üstün olan xəbər və araşdırmaların üzərində çalışırıq. Hansısa dedi-qodu, şayiə xarakterli xəbər və yazılardan hər zaman uzaq durmuşuq və elə buna görə də oxucularımızın sayı getdikcə artır”.

CASCFEN-in sədr müavini Rey Kərimoğlu isə qeyd edib ki, APA-ya daxil olan media qurumları zamanın nəbzini tutmaqla bərabər, yeni texnologiyaların tətbiqində diqqət çəkən tərəqqiyə nail ola bilib: “Bu gün biz müşahidə edirik ki, APA ailəsi özünün cəmiyyətə açıqlığı, fərqli düşüncələrə yer verməsi və tanınmış yazarlara tribuna verməsi baxımından örnək təşkil edir. Təbii ki, bizim də bir təşkilat olaraq əsas məqsədimiz məhz bu cür jurnalistikanın geniş yayılmasıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR