Şəkidə avtomobilin ağaca çırpılması nəticəsində sürücü ölüb, sərnişin yaralanıb

Şəkidə avtomobilin ağaca çırpılması nəticəsində sürücü ölüb, sərnişin yaralanıb
# 08 may 2012 07:44 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Azərbaycanın Şəki şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin girəcəyində qeydə alınıb. Şəki şəhər sakini, 1982-ci il təvəllüdlü Mustafa Məmmədkərimov “VAZ 2109” markalı, 45 BG 792 dövlət nömrə nişanlı maşını idarə edərkən yolun kənarındakı ağaca çırpıb. Sürücü hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü, Şəki şəhər sakini Pərviz Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Şəki rayon (şəhər) Polis Şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR