Elmar Məmmədyarov Perunun enerji və mədən naziri ilə görüşüb

Elmar Məmmədyarov Perunun enerji və mədən naziri ilə görüşüb
# 02 avqust 2012 10:48 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Peru Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin enerji və mədən naziri Jorge Merino ilə görüş keçirib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə energetika sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları, bu sahədə məlumat və mütəxəssislərin mübadiləsi təklifi ətrafında fikir mübadiləsi aparılıb. E. Məmmədyarov Jorge Merinoya Azərbaycanın iştirakı ilə reallaşdırılan regional layihələr, o cümlədən BTC neft və BTƏ qaz kəməri barədə məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR