Azərbaycanın fövqəladə hallar naziri Latviyanın xarici işlər nazirini qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri Latviyanın xarici işlər nazirini qəbul edib
# 24 fevral 2012 17:38 (UTC +04:00)
APA-nın FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, görüş zamanı nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin strukturu, onun fəaliyyəti haqqında ətraflı məlumat verib. Həmçinin, FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırıb.

Qonaq da öz növbəsində, Azərbaycanla Latviya arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib və bu əməkdaşlığın dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR